Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirin yediyi qızıl bifsteyk ölkədə gərginlik yaradıb
Nazirin yediyi qızıl bifsteyk ölkədə gərginlik yaradıb

Kommunist kökuməti tərəfindən idarə olunan Vyetnamın ictimai təhlükəsizlik naziri To Lam Londonda Nüsrətin əlindən qızılla örtülmüş steyk yeyib.

Bizimyol.info xəbər verir ki, "CNNTürk"ün verdiyi məlumata görə, Nüsrət vyetnamlı nazirə 20 min lirə dəyərində bifsteyk yedizdirməsi ölkəsində böhrana səbəb olub.

Duz səpmə hərəkatı ilə dünyada şöhrət qazanan Nüsrət bu dəfə Vyetnamda siyasi böhrana səbəb olub. Nüsrətin Londondakı restoranına gələn Vyetnamın ictimai təhlükəsizlik naziri To Lama 20 min lirə dəyərində qızılla örtülmüş biftek yeyib. Nusrət həmin görüntüləri sosial şəbəkədə paylaşandan sonra ölkədə gərginlik yaranıb.

Video tez bir zamanda silinsə də, ölkədə bu görüntülər böyük əks-səda doğurub. Ayda 150 dollara işləyən vyetnamlılar “Maaşı bu bifşteksi ödəməyə çatmır, pulu haradan alıb” kimi şərhlər paylaşıblar.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »