Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Prokurorların səlahiyyətləri artırılır
milli meclis
Azərbaycanda prokurorluq orqanı əməkdaşlarının bir neçə maddə üzrə səlahiyyətləri artırılır.

Bizimyol.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Prokurorluq haqqında” qanunun 4-cü (Prokurorun fəaliyyət istiqamətləri) və 21-ci (Prokuror aktlarının növləri) maddələrinə əlavələr edilir, 27-ci maddə dəyişdirilir.

4-cü maddəyə təklif edilən əlavəyə görə, prokuror qanunla nəzərdə tutulmuş qaydada və hallarda eyni zamanda səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından da protest verə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edə biləcək.

Eyni müddəalar 21-ci maddəyə da əlavə edilir.

4-cü və 21-ci maddəyə edilən əlavələrlə əlaqədar 27-ci maddənin adı dəyişdirilərək bu redaksiyada verilir: “Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest”.

Maddənin mövcud adı belədir: “Məhkəmə qərarlarından protest”.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Paylaş »
››› Sayt təsisçisi Nərminin qətli ilə bağlı Baş Prokurorluğa çağırılıb
››› Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto
››› "Təyyarə vurulmazdan az əvvəl İran yaxınlığında 6 ABŞ qırıcısı uçurdu..."
››› General: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib”
››› Xoruz adam öldürdü

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »