Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Zəfər yürüşü keçirilir - Video
Bakıda Zəfər yürüşü keçirilir - Video

Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Bakıda yürüş keçirilir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə başlayan Zəfər yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.

Yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və Qələbə ruhunda mahnı və marşlar səsləndirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə daşıyırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.

Zəfər yürüşü “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan fləş-mobla başa çatacaq. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası nümayiş etdiriləcək.

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Dekabrın 6-na olan hava proqnozu
››› Azərbaycanda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır
››› Belarusun sanksiyalardan itkiləri hesablanıb
Son xəbərlər
Bütün xəbərlər »