Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Əfqanıstana yardımı davam etdirir
ABŞ Əfqanıstana yardımı davam etdirir

ABŞ hökuməti Əfqanıstana yardımı Taliban hökuməti deyil, humanitar təşkilatların vasitəsi ilə davam etdirmək niyyətindədir.

APA-nın xəbərinə görə bunu, ABŞ prezidentinin regional təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “CNN” televiziyasına müsahibəsində bildirib.

Sallivan bildirib ki, inklüziv hökumət formalaşmadığı üçün Əfqanıstana birbaşa yardım edilmir: “Hazırda ABŞ Əfqanıstana humanitar yardımla bağlı ən böyük donordur. Təkcə bu il beynəlxalq təşkilatlar və QHT-lər vasitəsi ilə ölkəyə yarım milyard dollar həcmində yardım verilib. Lakin hələlik vəsaiti birbaşa Taliban hakimiyyətinə verə bilmərik”.

Ceyk Sallivan həmçinin əlavə edib ki, ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması doğru addım olub.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »