Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən Müharibəsi şəhidi Elməddin Məhərrəmovun xatirəsinə həsr olunmuş flaşmob keçirilib - Video
Vətən Müharibəsi şəhidi Elməddin Məhərrəmovun xatirəsinə həsr olunmuş flaşmob keçirilib - Video

Flaşmob Siyəzən rayonunda yerləşən 6 saylı məktəb-liseyin həyətində təşkil olunub.

Flaşmobda yüzlərlə məktəbli iştirak edib.

Məktəbin həyətinə şəhid Elməddin Məhərrəmovun və xidmət etdiyi hərbi birliyin - Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) adı yazılıb.

Flaşmobun təşkilatçıları şəhidin bacısı Məhərrəmova Aytac, Siyəzən şəhər 6 saylı məktəb-liseyin direktoru Gülay İbrahimova, Uşaq Təşkilat Rəhbəri Gülnar Muradova , məktəbin şagird və müəllim kollektividir.

Qeyd edək ki, Elməddin Şahlar oğlu Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanişğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı şəhid olub. Elməddin Məhərrəmov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.

Ermənilərin onlarla tankını, hərbi texnikasını məhv edib. Murovdağın, Fuzulinin, Cəbrayilin azad olunmasında misilsiz xidmətləri olub.

Elməddin Məhərrəmov "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Hazırda şəhidin doğulduğu kəndə onun adını daşıyacaq məscid tikilir. (Bizimyol.info)

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »