Bu barədə məlumat verən “A24.az” saytı yazır ki, E.Mirinin sosial şəbəkədəki hesablarına gələn şərhlərdə xəbərdarlıq edilib.
“Cinayətkar sənin özünsən. Elşad bəy, ağıllı ol, danışmağı öyrən, sonra ekrana çıx. Səni gecə yarısı yatağından oğurlayıb yetimə, kasıba yedizdirərəm” - paylaşımına gələn şərhlərdə belə yazıldığı qeyd edilir.
Ötən gün isə E.Mirinin sosial şəbəkələrdəki bir neçə şəxsi hesabının oğurlandağı bildirilir.
Sayt qeyd edir ki, üç il əvvəl Elşad Mirinin evindən pul, qızıl, bahalı əşya və məişət texnikası aparılıb. Həmin dövrdə oğruların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edən ilahiyyatçı bildirir ki, hələ də hadisənin üstü açılmayıb. Sayt həmçinin yazır ki, həmin vaxt da Elşad Miri müxtəlif şəxslər tərəfindən ölümlə hədələnib.
Xatırladaq ki, ilahiyyatçı kimi tanınan Elşad Miri son açıqlamalarından birində Qurani-Kərimin müqəddəs kitab olmadığını demişdi. Bu, ölkənin nüfuzlu din xadimləri və inanclılar tərəfindən narazılıqla qarşılanmışdı.