Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vitaminlərdən necə istifadə etməli... - Həkim məsləhəti
Vitaminlərdən necə istifadə etməli... - Həkim məsləhəti

Bəzən uşaqlara internetdəki saytlardan öyrənərək və ya dost-tanış tövsiyyəsi ilə vitaminlər verilir. Mütəxəssislərə görə, uşağa vitamin vermək üçün uşağı öncə həkim müayinəsindən keçirməli, tələb olunan analizlər aparıldıqdan sonra vitamin çatışmazlığı olduğu halda vitamin verilməlidir. Çünki vitaminlərin faydaları qədər zərərləri də var.

Pediatr Günay Rüstəmovanın sözlərinə görə, uşaqlara az yaşlarından və mövsüm dəyişən zaman vitamin və minerallar verilməlidir.

Vitaminlər dərman şəklində olmaqla yanaşı, bitki və meyvələrdən də alına bilər. A, B12, C, D vitaminlərinin tərkibindəki dəmir, sink və digər elementlər uşaq sağlamlığı üçün vacibdir.

"A vitamini, qulaq infeksiyalarının qarşısının alınması üçün önəmlidir. Eyni zamanda, bu infeksiya müalicə olunsa belə, A vitamini çatışmazlığı olduğu təqdirdə müalicə təsirli olmaya bilər.

B12 vitamini, uşaqlıqda motivasiya və beyin gücünü artırmaq üçün çox önəmlidir. Bu vitamin çatışmazlığı olan uşaqlarda öyrənmə və diqqət funksiyalarında əksiklik müşahidə edilir. C vitamini isə, mövsüm dəyişikliyi zamanı immun sistem üçün vacib hesab edilir",- deyə həkim bildirib.

Həkimin sözlərinə görə, payız-qış aylarında uşaqlar, yetərli qədər günəş şüası qəbul edə bilmədiyi üçün həkim məsləhəti ilə D vitamini qəbul edə bilərlər.

"Uşaqlar arasında, qısa boylu olma problemi də müşahidə edilir. Bu, hər 10 uşaqdan birində görünür. Uşaqların 10 faizində böyümə hormonu çatışmazlığı olduğu üçün müalicə edilir. Bununla yanaşı, vitamin və mineral əksikliyi uşaqlarda autizm və hiperaktivliyə də müəyyən qədər təsir edir" - deyə həkim bildirib.

Vitaminlər, həkim məsləhəti olmadan kiminsə məsləhəti ilə istifadə edilməməlidir. Xüsusilə, yağda əriyən A, D, E və K vitamini aldığınız zaman daha diqqətli olmalısınız.

"Məsələn;

  • A vitamini, çox qəbul edildiyi zaman görmə qabiliyyətinə təsir edir.
  • D vitamini, çox qəbul edildiyi zaman kalsium artıqlığı, böyrəklərdə daş və baş ağrısına səbəb olur.
  • C vitamini, çox qəbul edildiyi zaman xərçəng riski artır.
  • K vitamini, çox qəbul edildiyi zaman yağda yığılır və qan laxtalanmasına səbəb olur" - deyə həkim qeyd edir.

İnternet saytlardan və şəxslərin satdığı firma vitaminlərini araşdırmadan almayın. İnternet saytlardan və ya tanışların satdığı vitaminləri aldığınız zaman saxta və orjinal məhsulu müəyyən etmək olmur.

"Uyğun olmayan saytlarda uyğun olmayan vitaminlər və təsiri təsdiq edilməmiş məhsullar alınıb istifadə edildikdə sağlamlıq üçün çox təhlükəlidir. Vitaminərin hansı şəraitdə, necə saxlanıldığına diqqət edin. Həkimlə məsləhətləşmədən vitamin almayın.

İlk iki ildə D vitamini qəbulu vacibdir. Dəmir çatışmazlığı zamanı 4 ay-1 yaş arasında dəmir preparatları qəbul edilməlidir. Vitaminləri dərman şəklində qəbul etmək təhlükəli görünürsə, bunu meyvə-tərəvəzlə əvəz edin" - deyə həkim əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
Son xəbərlər
Bütün xəbərlər »