Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: "Rusiya və ABŞ strateji sabitlik üzrə 2 işçi qrupun yaradılmasına çalışır"
Zaxarova: "Rusiya və ABŞ strateji sabitlik üzrə 2 işçi qrupun yaradılmasına çalışır"

Rusiya və ABŞ strateji sabitliyə dair dialoqu inkişaf etdirmək üçün iki işçi qrupun yaradılmasının zəruriliyini dərk edirlər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Soloviev Live" yutub kanalında bildirib.

“ABŞ ilə böyük fikir ayrılıqları var, lakin eyni zamanda iki işçi qrupun yaradılması zərurəti ilə bağlı anlaşma mövcuddur, bu çərçivədə fəallıq inkişaf etdirilməlidir", - Zaxarova qeyd edib.

Diplomat qeyd edib ki, son bir ildə Rusiya ilə ABŞ arasında münasibətlərdə iki müsbət hadisə baş verib - Strateji Hücum Silahları üzrə Müqavilənin uzadılması və Cenevrədə keçirilən Rusiya-Amerika sammiti.

“Əsas vəzifə silahlara nəzarət üçün əsasların yaradılmasıdır", - Rusiya XİN rəsmisi əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »