Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqın baş nazirinin iqamətgahına hücum edilib
İraqın baş nazirinin iqamətgahına hücum edilib

ABŞ Dövlət Departamenti İraqın baş naziri Mustafa Əl-Kazeminin iqamətgahına pilotsuz uçan aparat (PUA) edilən hücumu pisləyib, hadisəni “açıq-aşkar terror aktı” adlandırıb və istintaqa kömək etməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, İNA agentliyinin verdiyi məlumata görə, Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar baş nazirin iqamətgahına hücumla bağlı xəbərləri izləyir və baş nazirin xəsarət almadığınıdan öyrənməkdən rahatdır.

"Qətiyyətlə pislədiyimiz bu açıq-aydın terror aktı İraq dövlətinin tam ürəyinə yönəlib. Biz İraqın suverenliyini və müstəqilliyini müdafiə edən İraq təhlükəsizlik qüvvələri ilə sıx əlaqə saxlayırıq və bu hücumun araşdırılmasına kömək etməyi təklif etmişik. Bizim iraqlı tərəfdaşlarımıza sadiqlik sarsılmazdır.Birləşmiş Ştatlar İraq hökuməti və xalqının yanındadır”, - deyə Dövlət Departamentdən bildirilib.

Qeyd edək ki, ötən gecə İraqın baş nazirinin Bağdaddakı iqamətgahının pilotsuz təyyarədən atəşə tutulduğunu bildirib. Ölkənin təhlükəsizlik xidmətlərindən verilən məlumata görə, baş nazir pilotsuz təyyarə ilə sui-qəsd cəhdi zamanı xəsarət almayıb. Əl-Kazemi özü də "Twitter"də onunla hər şeyin qaydasında olduğunu təsdiqləyib. Eyni zamanda, “Şəfəq” agentliyinin məlumatına görə, baş nazirin mühafizəçilərindən üçü yaralanıb.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »