Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda böhran: Müxalifət Saakaşviliyə azadlıq və yeni seçkilər tələb edir - Video
Gürcüstanda böhran: Müxalifət Saakaşviliyə azadlıq və yeni seçkilər tələb edir - Video

Gürcüstanı yeni etiraz dalğası bürüyüb. Bütün böyük şəhərlərdə mitinqlər keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat verib.

Bildirilir ki, müxalifət yerli hakimiyyət orqanlarına yenəcə keçirilmiş seçkilərin nəticələrindən narazıdır.

Siyasi opponentlər hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər. Gərgin vəziyyəti Mixail Saakaşvilinin aclıq aksiyası daha da gərginləşdirir. Həbsdə olan keçmiş prezident özünü siyasi məhbus hesab edərək bir aydan çoxdur yeməkdən imtina edib.

“Vahid Milli Hərəkat” Saakaşvilinin azadlığa buraxılmasını tələb edir. Növbədənkənar parlament seçkilərinin təyin edilməsi tələbi də gündəmə qayıdıb.

Hakimiyyət erkən seçkilərin olmayacağını, Saakaşvilinin isə həbsdə qalacağını bildirir. “Milli Hərəkat”ın liderləri və Saakaşvilinin özü buna cavab olaraq artıq “seçkidən sonrakı inqilab” elan ediblər. Hakimiyyət hökumət əleyhinə çağırışlara və mövcud sistemi devirmək cəhdlərinə görə qanun qarşısında məsuliyyətlə bağlı hamını xəbərdar edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »