Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin köməkçisindən etiraf: "Biz nefti qeyri-qanuni yollarla satırıq"
Prezidentin köməkçisindən etiraf: "Biz nefti qeyri-qanuni yollarla satırıq"

İran prezidenti İbrahim Rəisinin iqtisadi məsələlər üzrə köməkçisi Muhsin Rızayi ABŞ sanksiyalarından yan keçməyin yolları ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın verdiyi məlumata görə, Rızayi ABŞ-ın "hüquqi əsas olmadan" İrana iqtisadi sanksya tətbiq etdiyini bildirib. "Neftimizi qeyri-qanuni yollarla satırıq və qarşılığında aldığımız dolları valyutamızın məzənnəsi qalxmasın deyə ölkəyə gizli gətirmək məcburiyyətindəyik”, -deyə qeyd edib.

Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu müdafiə edən prezidentin köməkçisi, sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını diqqətə çatdırıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »