Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçi ilə görüşüb
Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçi ilə görüşüb

6 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti idarəsi məlumat verib.

Bildirilir ki, nazir Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlər tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib. Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib.

Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəf məlumat verib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
Son xəbərlər
Bütün xəbərlər »