Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhşur alimdən üç şeir
Məhşur alimdən üç şeir

Elmi, sosial, siyasi yazıları ilə tanıdığımız məhşur alim, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli bu dəfə düşüncələrini poetik ifadələrlə çatdırır.

ŞƏHİD ANALARINA

(Qələbəmizin birinci ildönümünə.)

Başsağlığı verməyin

Şəhid analarına.

Şəhidlər ölməzdirlər,

Şəhidlər ruhlarını

Yerdə qoyub gedirlər,

Göylərə yüksəlirlər.

Planetar məkanda,

Onlar əbədidirlər.

Siz rəhməti diləyin

Rəhmi əta edəndən:

Yolunu azanlara,

Rəhmi axtaranlara,

Döyüşdən qaçanlara,

Vətəni satanlara,

Orda-burda gizlənib

Kənardan baxanlara.

Yemək düşkünlərinə,

Ləzzət düşkünlərinə,

Kələk düşkünlərinə.

Məhəbbət yarışında

Özünü fəda edən

Qeyrət-namus bilməyən

Sərvət düşkünlərinə.

Şəhidlik ucalıqdır,

Yüksəklikdir, zirvədir.

Hər kəsə qismət olmur

Allahdan hədiyyədir.

O mənada hamımız

Şəhidlərə borcluyuq

Biz də özgə deyilik

Şəhid analarının

Oğluyuq, qardaşıyıq

Qalib vətənimizin

Qalib vətəndaşıyıq.

05.11.2021

Məhəmməd Hüseyn Şəhriyar:

Kənddə bir xoruz vardı, hərgün qışqırıb banlayardı. Bir gün səsi kəsildi.Sahibindən soruşdum,xoruzun səsi niyə gəlmir?

Dedi:camaat şikayət etdi, bizi oyadır,qoymur yatmağa,məndə başını kəsdim.

O gündən anladım ki,camaatı oyatmaq istəyənlərin başı kəsilir.

XORUZ PLOV

Bir qarının bir xoruzu olanda,

Hər gün obaşdan durub, banlayanda

Aləm onu danlayıb, qınayardı

Qonşuluğun körpüləri yanardı.

Yazıq qarı cadrabaşmaq dolaşıb,

Xoruzunun cəfasından söz açıb

Deyərdi ki, xoruz banı gərəkdir,

Bizim xoruz zəngli saat deməkdir.

Tənbəlləri işə-gücə səsləyir,

Siz yatanda əsəbləşib, cərrəyir.

İstəyir ki,hamı günəşlə dursun,

Qəlblərimiz eyni istəklə vursun.

Pandemi də gəlib çıxdı araya

Bircə anda nəzər saldı qarıya.

Qarı duyub işlərin gedişini,

Tez kəsdirdi xoruzun nəfəsini.

Dəymə-düşər xoruzuna əl qatdı,

Xalqı oyadanın taleyini yaşatdı.

Xoruz plov hazırlayıb payladı,

Şivən salıb qonşuları hayladı

Dedi yatın, mən işləri anladım,

Xalqı oyadanı kəsib payladım.

İndi rahat növbənizi gözləyin,

Kanallardan xəbərləri izləyin.

Olan-olub, torba dolan zamandır,

Kovid dərdi hər bəladan yamandır.

Mürmüc edib xalqın oğullarıni,

Dondurdu qəlbində arzularını.

İndi hamı papaq altda gizlənir,

Evdən cıxan damlanır, möhürlənir

Toyları da matəmə döndərdilər,

Manısları xaricə göndərdilər.

Sonu gəlsin hər cür oyunbazların,

Ahı tutsun kəsilmiş xoruzların.

19.10.2021.

GÖYDƏN ÜÇ BOMBA DÜŞSÜN

Dünyanın möcüzəsi

Ölkəmizdə zor gedir.

Zəka sayır yerində,

Ağılsızlar xod gedir.

***

Pulun həşəmətindən

Nəfslilər millənir,

Kasıblar kasıblaşır,

Dövlətlilər şellənir.

***

Bir yandan da viruslar

Milləti çaşdırırlar,

Kovidçi həkimləri

Yolundan azdırırlar.

***

Yaşamaq çətinləşir,

Ölümlər sadələşir,

Hara baxsan xəstədir,

Sağlamlar qəfəsdədir.

***

Hər kəs üstdə-ayaqda,

Çəkir ölüm xiffətin,

İnsanlar unudurlar

Yaşamağın ləzzətin.

***

Həkimlər təşkil edir

Matəmləri - yasları.

Torba- torba yıgırlar

Yaşıl əskinasları.

***

Millət əsarətdədir

Məmurların önündə,

Əzrayıl də təngiyib

Görünməmiş dönəmdə.

***

Həkimlər xəstələri

Sağaltmaqçün aramır,

Cibinə girmək üçün

Xəstə sorağındadır.

***

Orda xəstə, burda xəstə,

Hamı çaşqın, can üstə.

Kovid də bəhanədir

Dava gedir pul üstə.

***

Təcili yardım gəlir,

Böyük pullar istəyir.

Olan verib dincəlir,

Olmayan həriflənir.

***

Ağzına zurna soxub,

Qəmiş ölçüb boyuna,

Qara torbaya goyub

Verirlər qohumuna.

***

Budur bugünkü durum,

Başqa əlac sezilmir.

Həkimlərlə apteklər

Hələ ki, tüğyan edir.

***

Göydən üç bomba düşsün

Səbəbkarın başına,

Vaksin ürəklə çıxsın

Kovidin qarşısına.

07.10.2021

Nemət Məmmədli Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »