Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən böyük kartofu "Doug" adlandırıldı
Dünyanın ən böyük kartofu "Doug" adlandırıldı

Yeni Zelandiyada fermer ailə heç bir xüsusi səy göstərmədən dünyanın ən böyük kartofunu yetişdirmiş olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "haberglobal" məlumat verib.

Ölkənin Vaykato bölgəsindəki Ngahinapuridən olan Kolin və Donna Kreyq-Braun yaz əkini mövsümünə hazırlaşarkən bağçalarında nəhəng kartof aşkarlayıblar.

"Bu, təbiətin xoş sürprizlərindən biridir. Onun orada böyüdüyü barədə heç bir fikrim yox idi və orada nə qədər vaxt olduğunu bilmirəm", -deyə Kolin Kreyq-Braun bildirib.

Çəkisi 7,9 kiloqram olan nəhəng kartofa "Doug" adı verilib. Bu, çəkisinə görə dünyanın ən böyük kartofudur.

Kreyq-Braun cütlüyü rekordlar üçün Ginnesə müraciət edib. Qeyd edək ki, hazırda bu rekord 2011-ci ildə yetişdirilmiş 4,98 funtluq kartofa aiddir.

Kartof dondurucuda saxlanılır. Cütlük Ginnesin Rekordlar Kitabı tamamlandıqdan sonra nəhəng "Doug" kartofundan araq hazırlamağı planlaşdırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »