Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Saakaşvilinin tərəfdarları hakimiyyəti ələ keçirməyə hazırlaşır"
"Saakaşvilinin tərəfdarları hakimiyyəti ələ keçirməyə hazırlaşır"

"Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşviliyə dəstək aksiyalarının təşkilatçıları ölkədə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırlar".

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat məlumatlarında qeyd olunub.

Məlumata görə, noyabrın 6-da Rustavi və Tbilisidə başlanacaq daimi mitinqlərin təşkilatçıları dövlət qurumlarını və Saakaşvilinin saxlandığı, 37 gündür ki aclıq aksiyası keçirdiyi 12 saylı Rustavi həbsxanasına gedən yolları bağlamağa hazırlaşırlar. Departament qeyd edir ki, onlar xüsusilə Gürcüstan parlamentinin, hökumət binasının, prezident administrasiyasının, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin binalarının qarşısında piket keçirmək istəyirlər ki, hakimiyyətin gündəlik iş rejimini pozsunlar.

"Vəziyyətin maksimum dərəcədə gərginləşməsi və müxtəlif təxribat xarakterli aksiyaların təşkili üçün mitinqlərə keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilməsi nəzərdə tutulur. Həmçinin, aksiyanın təşkilatçıları hazırkı hüquq-mühafizə orqanlarının əməkdaşlarını öz istəklərinə cəlb etmək, və müxalifət liderlərindən birinə sui-qəst planını fəal şəkildə nəzərdən keçirirlər”, - deyə Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin rəis müavini Baça Mgeladze Gürcüstanda keçirdiyi brifinqdə bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti qeyd edib ki, bu hərəkətlərin məqsədi hakimiyyəti zorla ələ keçirməkdir. Müxalifət liderlərinə göstərişləri isə həbsdə olan Saakaşvili öz ziyarətçiləri vasitəsilə göndərdiyi mesajlarla verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, idarə cinayətlərin qarşısının alınması istiqamətində qanun çərçivəsində fəaliyyət göstərəcək, təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »