Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublikaçı konqresmenlər Baydeni Ukraynaya daha çox silah verməyə çağırıb
Respublikaçı konqresmenlər Baydeni Ukraynaya daha çox silah verməyə çağırıb

ABŞ respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner (Alabama və Ohayo ştatlarından) cümə günü ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və Qara dənizə gəmilər göndərməyə çağırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə konqresmenlər həftəlik “Defence News” qəzetinə dərc olunan məktubda bildiriblər.

“Rusiya qoşunlarının son vaxtlar Ukrayna sərhədində yığılması ilə biz sizin administrasiyanızı Ukraynaya kəşfiyyat və silah dəstəyi vermək üçün təcili və operativ tədbirlər görməyə çağırırıq”, - deyə Respublikaçılar qeyd edib.

Konqresmenlər ABŞ administrasiyasını “Rusiyanın yeni işğalını cilovlamaq və dəf etmək üçün” Ukraynaya silah tədarükünü artırmağa çağırıblar.

“Ağ Ev rəhbəri Rusiya işğalının qarşısını almaq üçün Qara dənizdə ABŞ Silahlı Qüvvələrini yerləşdirmə qərarı verməlidir. Bundan əlavə, biz sizi təcili olaraq bölgədə ABŞ-ın müvafiq hərbi mövcudluğunu nəzərdən keçirməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün ABŞ və Ukrayna arasında müvafiq kəşfiyyat məlumatlarının mübadiləsi fəaliyyətinə başlamağa çağırırıq”, - deyə konqresmenlərin məktubunda qeyd edilir.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »