Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: Münaqişə bitib, artıq Qarabağ Azərbaycanın daxili işidir
Hikmət Hacıyev: Münaqişə bitib, artıq Qarabağ Azərbaycanın daxili işidir

"Münaqişəyə son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir".

Bizimyol.info xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi: “Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.

Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik”, - deyə Hikmət Hacıyev bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »