Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fatih Terimin maaşına “azdır” qədər “çoxdur” deyənlər də tapıldı
Fatih Terimin maaşına “azdır” qədər “çoxdur” deyənlər də tapıldı

“Qalatasaray” Fatih Terim dövründə sabit qrafik cızmır. İstanbul klubunun nə Türkiyə çempionatında, nə də avroliqalarda böyük uğurlarını görmək olur. Bu mövsüm Avropa Liqasında nəticələr nisbətən yaxşı olsa da, yenə sabitlikdən danışmağa dəyməz.

Bizimyol.info xəbər verir ki, “Qalatasaray” azarkeşləri sosial mediada Fatih Terimin maaşını müzakirəyə çıxarıb. Onun ildə 40 milyon lirə (təxminən 4.1 milyon dollar) və ya 3.5 milyon avro qazandığını yazıblar. Yazanların əksəri hesab edir ki, Terimin fəaliyyəti bu qədər məvacibə dəymir.

Məsələyə “Qalatasaray”ın başqan köməkçisi Rezan Epözdemir münasibət bildirməli olub. Klub rəsmisi baş məşqçinin daha aşağı məbləğə işlədiyini deyib. Onun sözlərinə görə, Terim əvvəllər ildə 18 milyon lirə (1.85 milyon dollar) alırmış. Yeni müqavilədə isə 21 milyon lirə (2.15 milyon dollar) əksini tapıb.

Açıqlanan rəqəmlər də azarkeşləri razı salmayıb. Fikir bildirənlər iki qrupa bölünüb. “Azdır” yazanlar qədər “çoxdur” deyənlər də tapılıb. Ümumi fikir belədir ki, Türkiyədə futbolçulara və məşqçilərə yüksək məbləğlər ödənilir. Bu isə klubların çox borclanmasına gətirib çıxarır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »