Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-York, Rotterdam və Hamburq su altında qala bilər
Nyu-York, Rotterdam və Hamburq su altında qala bilər

Qlobal istiləşmə özü ilə böyük problemlər gətirir. Əsrin sonuna qədər planetin orta temperaturunun 4 dərəcə artacağı ehtimal olunur. Bu isə xüsusilə okeanlarda suyun səviyyəsinin yüksəlməsi, bir çox yaşayış mənəqələrinin, şəhərlərin sıradan çıxması deməkdir.

Bizimyol.info xəbər verir ki, əsrin sonuna qədər Nyu-Yorkun, Rotterdamın və Hamburqun suyun altında qalması gözlənilir. Zərər görəcək şəhərlər sırasında Nyu-Orleanın da adı var.

Potsdam institutunda iqlim dəyişikliyini tədqiq edən Anders Levermann məsələnin çox ciddi olduğunu deyir. Professor neft, qaz, kömürün yandırılmasının qlobal istiləşməyə gətirib çıxardığını bildirir: “Amma yeganə səbəb bu deyil. Həm insan, həm də ümumilikdə həyat tərzimiz üçün daha təhlükəli məsələlər var. Məsələn, fövqəladə hava şəraiti, iqlim zonalarının qarışması”.

İqlim dəyişikliyi təkcə şəhərlərin su altında qalmaq ehtimalını artırmır. Həmin yaşayış məntəqələri böyük xərcə düşür.

“Mədəni irs sıradan çıxır. Dəniz səviyyəsinin yüksəlməsinə işsizlik, iqtisadi artım məsələləri qədər ciddi yanaşmaq lazımdır”.

Professor Paris iqlim konvensiyasına əməl etməyi tövsiyə edir. Onun dediyinə görə, xərcin çoxluğuna fikir vermək lazım deyil. Əksinə, gələcəyi düşünmək vacibdir. Çünki planetin orta temperaturunun 4 dərəcə artması dəniz səviyyəsinin 10 metr yüksəlməsi anlamına gəlir. İndi məsuliyyətli olmasaq, əsrin sonunda bizi böyük faciələr gözləyir.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »