Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ polisi narkobaronun yerini deyənə 5 milyon dollar vəd edib
ABŞ polisi narkobaronun yerini deyənə 5 milyon dollar vəd edib

ABŞ-ın Dövlət Departamenti meksikalı narkobaron “El Çapo”nun qardaşının yeri barədə məlumat verən şəxsə 5 milyon dollar vəd edib.

Oreliano Quzman Loeranın yaxalanması üçün əməliyyatları intensivləşdirib.

Digər 3 qardaşı kimi Oreliano Quzman Loera da beynəlxalq narkotik ticarətində ittiham edilir. O, xüsusilə sintetik narkotik vasitələrin dövriyyəsində fəallıq nümayiş etdirir. ABŞ-da fentanil adlı süni narkotik vasitə hər il minlərlə insanın ölümünə səbəb olur.

2019-cu ildə ömürlük həbs azadlıqdan məhkum edilən El Çapo (Yoakin Quzman) hazırda ABŞ-ın Kolorado ştatında xüsusi rejimli həbsxanada cəza çəkir.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »