Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Angela Merkel Rusiya ilə dialoqu vacib hesab edir
Angela Merkel Rusiya ilə dialoqu vacib hesab edir

Münasibətlərdəki gərginliyə baxmayaraq, Rusiya ilə kontaktları davam etdirmək lazımdır.

APA-nın xəbərinə görə, bunu Almaniya Kansleri Angela Merkel Berlində medal təqdimatı zamanı bildirib.

“Bizə Rusiya ilə dialoqda qalmaq vacibdir. Rusiya ilə Almaniya arasında hər zaman xüsusi münasibətlər olub”, deyə Merkel əlavə edib.

Qeyd edək ki, Merkelə siyasi sahədə uğurlarına görə “Valter Ratenau” mükafatı təqdim olunub. Alman siyasətçisi və sənayeçisi Valter Ratenau veymar Respublikasının xarici işlər naziri olub. Bu mükafat hər il siyasi xadimlərə təqdim olunur. Laureatlar arasında Şimon Peres və Hillari Klinton da yer alırlar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »