Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkirli iş adamı Tural Zeynalovdan barəsində açılan cinayət işi ilə bağlı açıqlama
Şəmkirli iş adamı Tural Zeynalovdan barəsində açılan cinayət işi ilə bağlı açıqlama

Şəmkirli iş adamı Tural Zeynalov haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır.

Hər zaman xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Tural Zeynalov Vətən savaşında da öz missiyasını layiqincə yerinə yetirdi. Bu barədə sosial şəbəkədə kifayət qədər paylaşımlar yer almaqdadır. Nədənsə ölkəmizdə hər zaman Vətənpərvərlər hədəfə alınır. Yəqin yardımsevərlik, xeyirxahlıq, vətənpərvərlik missiyası kimlərinsə xoşuna gəlmir. Kimlərinsə dediyimizdə, əslində Azərbaycan vətəndaşına yardım edən xeyirxah insanlara yuxarıdan aşağıya baxan bəzi səlahiyyət sahiblərini nəzərdə tuturuq.

Məhz Tural Zeynalova qarşı Şəmkirdə olunan haqsızlıqlardan da hər birimizin məlumatı var. Gəlin birlikdə olanları elə Tural Zeynalovun öz dilindən eşidək.

Belə ki, Tural Zeynalov özünün Facebook səhifəsində başına gələnlərdən danışıb. Paylaşımı redaktə etmədən olduğu kimi təqdim edirik.

TURAL ZEYNALOV: "Salam olsun vicdanlı və ləyaqət sahibi olan şəxslərə. 23.06.2021-ci il tarixdə əvvəlcədən hazırlanmış ssenari üzrə başlanmış və rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsilə araşdırılan cinayət işimə(bundan sonra tele serial) 02.11.2021-ci il tarixdə rəsmi qaydada cinayət işinin yekunlaşdığı mənə və müdafiəçim Akif İsmayılova elan edildi. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırlanmış ssenariyə görə hadisənin cərəyan etdiyi "Qala ailəvi" restoranımda baş rollarda qanunun keşiyində durmalı olan şəxsin qanuni tələblərini pozaraq ona qarşı etdiyim(guya) tabesizliyə görə mənim qanunsuz hərəkətlərimin qarşısını almaq məqsədilə aparmış və məndə onu öz iş otağında vuraraq ona ağırlıq dərəcəsi yüngül olan bədən xəsarəti yetirmişəm ki, buna görə AR CM-nin 315-ci maddəsilə barəmdə cinayət işi açılmışdır. Lakin komediya qurtardığından sizlərə hadisənin tam süjetini nəzərinizə çatdırmaq fikrindəyəm. Odur ki, sizlərə hadisənin başladığı, QALA restoranında mənə və atama, o cümlədən "kinonun" digər iştirakçılarına qarşı edilən haqsızlığa dözməyib öz pozulmuş hüquqlarımı tələb etməyimlə başlanan bədii müqəddimə, sonda hər bir bədii filmdə olduğu kimi mənim haqsızlıqla üzləşməyimlə nəticələnir. Lakin düz insanların səyi nəticəsində azad olunmağımla hüquqlarımı və özümü müdafiə etməyə çalışdıqca bu yolda saxta şahidlər və yalan dolu sübutlarla üzləşdim ki, onların hamısının saxta olması ilə bağlı məndə danılmaz və mötəbər sübutlar vardır. Dövlət məmurlarının bilərəkdən əleyhimə qərəzli olaraq yığdığı "saxta sübutları", etmiş olduqları haqsızlıqları sağlam düşüncəli insan kimi onların şəxsində yol verdikləri səhv kimi görürəm. Çünki ARK 12.1-ci maddəsində qeyd edilən "dövlətin ali məqsədi" vətəndaşlarına layiqli həyat tərzinin təmin edilməsidir. Bu səbəbdən öz işini lazımsız və xəstə maraqlar çərçivəsində aparan məmurlara çatdırmaq istəyirəm ki, onların barəsində məndə istintaqın belə xəbəri olmayan mötəbər sübutlar vardır. Sonda bildirim ki, hər şənbə günü saat 23:00-da "Qalada toy" adlı tradikomik tele serial sizlərə təqdim ediləcək. 1-ci seriyası 06.11.2021-ci il tarixdə saat 23:00 da olacaq. Sizləri əmin edirəm ki, həmin serial real hadisələr əsasında, vətəndaşlarda dövlətimə qarşı inamsızlıq yaradan saxta məmurlar və ədalət üçün çarpışan şəxs barəsindədir. Hadisələrin real olduğunu sizlərə əlimdə olan sübutları təqdim edərək başlayacam".

Qarşı tərəf mövqeyini bildirərsə dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

ÜmidTv Azərbaycan

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »