Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
805 şəhid hərbçi ölümündən sonra təltif edilib
805 şəhid hərbçi ölümündən sonra təltif edilib

Noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizimyol.info-nun məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş 805 hərbi qulluqçu ölümündən sonra orden və medallarla təltif edilib.

Hərbi qulluqçulardan 136 nəfəri “Azərbaycan Bayrağı”, 165 nəfəri 3-cü dərəcəli “Rəşadət”, 28 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. Bundan başqa, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 17 nəfər “Cəsur döyüşçü”, 1 nəfər “Döyüşdə fərqlənməyə görə”, 143 nəfər “Suqovuşanın azad olunmasına görə”, 27 nəfər “Cəbrayılın azad olunmasına görə”, 31 nəfər “Xocavəndin azad olunmasına görə”, 131 nəfər “Füzulinin azad olunmasına görə”, 19 nəfər “Qubadlının azad olunmasına görə”, 52 nəfər “Şuşanın azad olunmasına görə”, 30 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 3 nəfər “Ağdamın azad olunmasına görə”, 10 nəfər isə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »