Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Almaniyadakı səfirliyi diplomatın ölümü ilə bağlı açıqlama verib
Rusiyanın Almaniyadakı səfirliyi diplomatın ölümü ilə bağlı açıqlama verib

Rusiyanın Almaniyadakı səfirliyinin 35 yaşlı katibinin ölümü ilə balı mətbutda yayılan şayələrə diplomatik korpus münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İdarə faciəvi hadisənin oktyabrın 19-da baş verdiyini təsdiqləyib və əlavə edib ki, meyitin Rusiyaya göndərilməsi ilə bağlı bütün sənədlər Almaniyanın tibb və hüquq-mühafizə orqanlarının köməyi ilə operativ şəkildə həll edilib.

“Biz bu faciəli hadisə ilə bağlı bir sıra Qərb mediasında yer alan fərziyyələri tamamilə yanlış hesab edirik”, - deyə departamentdən bildirilib.

Səfirlik, mətbuatda mərhum diplomatın FTB-nin mühafizə şöbəsinin rəisi general-leytenantı Aleksey Jalonun oğlu olması və bu səbəbdən müəmmalı şəkildə ölməsi barədə xəbərlərin yayılmasından sonra açıqlama verib.

Rusiyanın Almaniyadakı səfirliyinin nümayəndəsi bildirib ki, departament etik səbəblərə görə diplomatik nümayəndəsinin ölümünü şərh etmir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »