Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədinin sabiq bələdiyyə sədri həbs edilib
Binəqədinin sabiq bələdiyyə sədri həbs edilib

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva həbs olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib: “İş üzrə iki nəfər zərərçəkmiş şəxs var. Onlardan birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb”, deyə E.Hacıyev bildirib.

DİN rəsmisi eyd edib ki, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcələssinin 178.2.3-cü (dələduzluq,) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2.3-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq hərəkətləri davam etdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »