Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuzbassdakı "Taştaqolskaya" mədənində yanğın baş verib
Kuzbassdakı "Taştaqolskaya" mədənində yanğın baş verib

Kuzbassın Kemerovo vilayətində “Taştaqolskaya” mədənində yanğın baş verib, 200-dən çox insan təxliyə edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən məlumat verilib.

"Taştaqolskaya" şaxtasında həmin vaxt 225-dən çox mədən işçi olub. Qəzanın baş verdiyi ərazidə isə 6 nəfərin olduğu bildirilir. Hazırda insanlar təxliyə olunur. İlkin məlumata görə, tələfat yoxdur. Hazırda hadisə yerində mina-xilasedicilərin bölmələri işləyir. Yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Fövqəladə hallar xidmətinin məlumatına görə, bu, texnoloji prosesin pozulması səbəbindən yarana bilər", - deyə mənbə bildirib.

Rostexnadzorun Sibir departamenti də xəbəri təsdiqləyib: “Hərbiləşdirilmiş Xilasetmə Bölməsinin iki dəstəsi yanğın olan əraziyə - "Taştaqolskaya" mədəninə yola düşüb. Aydındır ki, evakuasiya dərhal həyata keçirilib”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »