Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

Yuxular bizə şüuraltından bir mesajdır. Başımıza gələcək, yaşayacağımız hadisələrlə bağlı yuxularımız bizə xəbərdarlıq edir. Ancaq bu mesajın doğru alınması çox əhəmiyyətlidir. Yuxuların bilərəkdən yanlış yozulması həyatımıza təsir edə bilər. Odur ki, yuxularınızı hər adama danışmayın.

Son zamanlar insanlar yuxuda daha çox pul görür. Bu da iqtisadi sıxıntılar, arzuların reallaşmaması, bahalıq, işsizlik və s. ilə əlaqəli ola bilər.

Bəs gördüyünüz yuxu sizə hansı mesajı verir?

Yaxın gəlin, sizə bu mesajı verəcəyik. Əvvəlcə onu qeyd edək ki, yuxuda pul görmək eşidəcəyiniz sözlərin sizə verəcəyi zərərdən xəbər verir. Eşidəcəyiniz sözlər sizi çox incidə bilər. Bəzi yuxu yozanların fikrincə isə, yuxuda pul görmək ətrafınızda ikiüzlü insanların çox olmasına dəlalət edir.

  • Eyni zamanda pul gələcək nemətlərin xəbərçisi hesab edlir. Bu yuxunu görən şəxsin maddi durumu qaydasına düşər, sıxıntıları azalar.
  • Ehtiyyatlı olun, ətrafınızdakı ikiüzlü insanlar sizin haqqınızda danışa bilər. Pul həm də dedi-qodu, mübahisə işarəsidir.

Yuxuda pul udmaq

  • Yuxuda gümüş pul udmaq, yuxu sahibinin günaha batacağından xəbər verir.
  • Yuxuda qızıl pul udmaq, inkar deməkdir. Qızıl, yuxuda İslam dinini təmsil edir. Pul isə günaha girməkdir.

Yuxuda pul tapmaq

  • Yuxusunda pul tapan şəxs, ürəyini sıxacaq hadisələrlə qarşılaşar. Həyatını pul qazanmağa xərcləyib vaxtını boşa sərf etmək kimi yozulur.
  • Digər yozuma görə isə, yuxuda pul tapan insanın ruzisi artar, gəlirləri düşündüyündən çox olar. Gözləmədiyi qapılar, üzünə açılar və maddi tərəfdən böyük xoşbəxtliyə çatar.
  • Yuxuda pul tapmaq, eyni zamanda kiməsə borc vermək və ya ödəmədiyi borcları qaytara bilər.

Yuxuda pul kəsən adam görmək

  • Yaxınınızda bir kişi var, o, sizin üzünüzə gülsə də, arxanızca ayağınızın altını qazır. Ətrafınızdakı insanlara qarşı diqqətli olun. Hər deyilənə inanmayın.
  • Siz yuxuda pul kəsirsinizsə, kimsəyə demədən bəzi işlərə başlayacağınıza işarədir.

Pul cırmaq

  • Yuxusunda pul cıran şəxs, gördüyü işdən uzaqlaşar. Bu işlər, adətən yuxu sahibinin vicdanına zidd olan işlərdir.

Pul itirmək

  • Yuxusunda pul itirən şəxs, qısa bir müddətə daxili sıxıntılar yaşamağa başlayacaq. Amma qısa müddətlidir, bu da keçər.

Pul saymaq

  • Yuxusunda pul sayan şəxs, gözləmədiyi bir şəkildə bütün arzularına çata bilər.

Gümüş pul

  • Yuxuda gümüş pul, sevincli xəbərlər işarədir. Yuxu sahibinin qisməti açılacaq.

Xırda pul

  • Yeni bir işə girəcəksiniz. Bütün qapılar üzünüzə açılır.

Qızıl pul

  • Ətrafınızda olan şəxslər, sizi qısqanır.
  • Qızıl pul görmək, sizi incidən xəbərlər eşidəcəyinizə işarədir. Əgər stresli bir dövr yaşayırsınızsa, rahat olun, bitməsinə az qalıb. Yaxın zamanda günəş doğacaq və xoşbəxt olacaqsınız.

Kağız pul

  • Yuxuda kağız pul görmək, pul itirməyə işarədir.

Pul oğurlamaq

  • Yuxuda pul oğurlamaq, əlinizdə olmadan kiminsə gizlətdiyi sirrini öyrənəcəyinizə işarədir. Yuxuda pulunuzu oğurlayırlarsa, gizlətdiyiniz sirrləriniz açıla bilər. Bu sirrləri hamı öyrənə bilər.

Yuxuda pulsuzluq

  • Həqiqətən sıxıntı keçirəcəyinizə və borc alacağınıza işarədir.

Yuxuda xarici pul

  • Bu yuxunu görən şəxs, yeni bir iş quracaq. Və işinin çox gəlirli olacaq.

Yuxuda oyundan pul qazanmaq

  • Yuxunu görən şəxs, böyük sürpriz yaşayacaq. Bu, iş təklifi və ya maaşının artacağına işarədir.

Yuxuda pul xərcləmək

  • Sevgi axtarışında olduğunuzun xəbərçisidir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »