Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dağılmış imperiyanı yenidən diriltmək istəyirlər”
“Dağılmış imperiyanı yenidən diriltmək istəyirlər”

Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Belorus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, “2021-2023-cü illərdə Belorusiya və Rusiya İttifaq Dövlətinin yaradılması haqqında Müqaviləsinin icrasının əsas istiqamətlərinə dair” sənədləri qarşılıqlı imzalayıblar. Bu, iki slavyan dövləti arasında müdafiə, xarici siyasət, energetika siyasəti, iqtisadiyyat da daxil olmaqla 28 sahə üzrə daha da sıx inteqrasiyanı nəzərdə tutur. Əgər bu sənədlər icra olunarsa, iki dövlətin vahid mərkəzdə birləşməsi prosesinin getdiyi təəssüratı yaranır. Bəzi analitiklər, bunu yeni SSRİ-nin yaradılmasına doğru bir addım kimi qiymətləndirir.

Siyasi ekspert, tarix elmləri doktoru, professor Sabir Məmmədli Bizimyol.info saytına müsahibəsində bu hadisəni şərh edib:

Sabir Məmmədli Sabir Məmmədli

- Sizcə, bu sənədlər, bu qərarlar hansı zərurətdən doğur? Bunun postsovet presedenti baxımından təhlükəsi nədir?

- Postsovet dövründə keçmiş dövlət məmurlarından doğan təhlükə, əsasən də elə bu kimi addımlarla bağlıdır. Lukaşenko da, real olaraq öz havadarlarının əlində bir oyuncağa çevrilir.

- Yeni İttifaq dövləti təhlükəsini nəzərdə tutursunuz? Dövlətlərin müstəqilliyindən vaz keçməyə “dəvət” olunmasını...

- Həqiqətən, bir çox parametrlərinə görə bu tipli inteqrasiya müstəqilliyə, suverenliyə birbaşa təhlükədir.

- Amma bu proses çoxdan başlamışdı.

- Bəli, Belorusla Rusiyanın yaxınlaşması, xeyli müddət bundan əvvəl başlanıb. Buna baxmayaraq proses faktiki olaraq sürünürdü.

- Səbəb nə idi?

- Çox banal. Lukaşenko, ikili oyun oynamağa və Rusiyadan daha çox divident qoparmağa çalışırdı. Amma imperiya ilə bu cür oyunlar, elə də rahat keçmir. Lukaşenko, son seçkilərdə böyük problemlər yaşadı və faktiki olaraq onu hakimiyyətdə məhz Moskva saxladı.

- Yəni onun hakimiyyətini Moskva, belə demək olarsa, silkələdi və laxlatdı, elədirmi?

- Bəli. Doğrudur. Elə həmin günlər bəlli idi ki, Kreml Lukaşenkonun qarşısına ciddi öhdəliklər qoyacaq. Çünki Rusiya, Belorusa böyük miqdarda kredit ayırırdı və bütün vasitələrlə ona dəstək verirdi. Açığı, Lukaşenkonu hakimiyyətdə elə Kreml, Putin saxladı. Lukaşenko artıq Putinin qarşısında hətta bir gənc tələbə kimi otururdu. Nəticə də göz qabağındadır. Demək olar ki, artıq İttifaqın birinci mərhələsi yekunlaşır.

- Demək istəyirsiniz ki, SSRİ-nin “Putin variantı” formalaşır?

- Bəli, vaxtilə SSRİ-də buna oxşar sənədləşmə ilə formalaşırdı, yaradılırdı.

- Onda bunun bu və ya başqa şəkildə bizə də təsiri mümkündür, elə deyilmi?

- Bizə gəldikdə, vəziyyət fərqlidir. Bu cür "inteqrasiya" real deyil. Hərçənd ki, Rusiya hər addımında buna çalışır. Yuxarı Qarabağ ərazisinə Rusiya sülhməramlılarının yerləşdirilməsi də, strateji baxımdan Kremlin bu istəyindən doğur. Amma Rusiya ilə birləşmək - müəyyən qruplar istəsələr belə, yenə də mümkün deyil. Bir çox daxili və xarici amillər buna imkan verməz. Biz öz xalqımızı və millətimizi, belə sakit və hər şeyə razılaşacaq toplum kimi qiymətləndirməyək. Kim istəsə də, Azərbaycan xalqı buna imkan verməz.

- Sabir bəy, məlumdur ki, bu İttifaq oyunu Qərblə açıq və kəskin qarşıdurmaya - Qərb təhlükəsinə də bir reflektik reaksiyadır. Amma belə də güman etmək olar ki, Putinin siyasətdə qalması üçün yeni bir platformaya - dövlətlərüstü mexanizmə də ehtiyac yaranıb. İttifaq dövləti yaratmaq cəhdi, ya da bunun bəyanı Ukrayna krisizi ilə də bağlıdır yəqin ki. Siz necə baxırsınız?

- Məsələ ondadır ki, bir çox sahələr üzrə sənədlər imzalanıb. İnteqrasiya həddən artıq çox sahələri əhatə edir. Kremli maraqlandıran əsas məsələ, İmperiyadır. Qərbin təzyiqi, bufer zona... bunlar Kremlin əsl hədəfi qarşısında kiçik məsələlərdir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »