Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da minlərlə xüsusi xidmət əməkdaşı işini itirə bilər
ABŞ-da minlərlə xüsusi xidmət əməkdaşı işini itirə bilər

ABŞ peyvənd olnmaqdan imtina edən minlərlə xüsusi xidmət əməkdaşları işdən çıxarmaq təhlükəsi ilə üzləşiblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

ABŞ hökuməti 100-dən çox işçisi olan şirkət və qurumların işçilərinin məcburi peyvənd edilməsi barədə qərar qəbul edib. İşçilər yanvarın 4-dək peyvəndlərin tam kursunu tamamlamalıdırlar.

ABŞ xüsusi xidmət orqanlarında yaranmış vəziyyət Konqresin narahatlığına səbəb olub. Çünki bu, artıq ölkənin milli təhlükəsizliyi məsələsidir. Respublikaçı Milli Komitə hakimiyyətin qərarına etiraz etmək üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.

Deputat Kris Stüart bildirib ki, oktyabrın sonunda kəşfiyyat işçilərinin 20-40 faizi peyvənd olunub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »