Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ay tutulmasına az qalıb: Mənfi təsirlərdən özünüzü necə qorumalısınız...
Ay tutulmasına az qalıb: Mənfi təsirlərdən özünüzü necə qorumalısınız...

Noyabrın 19-da 2-ci Ay tutulması baş verəcək. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini f.f.d. dosent Xıdır Mikayılovun hazırladığı məlumata görə, bu tutulma, qismən Ay tutulmasıdır. Tutulma hadisəsi, 11:18:41-da başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu, 13:02:55-də olacaq. Tutulma hadisəsi, 2 saat 28 dəqiqə davam edəcək.

Tutulma hadisəsi Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə, tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Hər il, bir neçə ay və günəş tutulmaları baş verir. Mütəxəssislərə görə, bu tutulmalar; insanların əsəb-sinir sisteminə, əhval ruhiyyəsinə və eyni zamanda sağlamlığına da müəyyən qədər təsir etmiş olur.

Ay tutulması zamanı; doğuş, infarkt, ölüm, intihar, təcavüz, epilepsiya və s. kimi halların artdığı müşahidə edilir. 2004-cü ildə "Epilepsy&Behavior" jurnalının araşdırmasına görə, Ay tutulması zamanı epilepsiya tutmalarının artdığı iddiası əsassızdır. Araşdırmaçıların fikrincə, epilepsiya tutmalarının bir zamanlar cin və şeytanın insan bədəninə girməsi nəticəsində meydana gəldiyi deyilirdi. Bu mövzuda insanlar tibbi məlumatlara deyil, şaiələrdən qaynaqlanaraq inanırlar.

Aparılan çox sayda araşdırmalar sübut edib ki, sağlamlıq və ruhi vəziyyətlə Ay tutulmasnın heç bir əlaqəsi yoxdur. Məsələn; 1996-cı ildə "American Journal of Emergency Medicine" jurnalında yayımlanan bir araşdırmada şəhərdən kənarda olan xəstəxananın Təcili Yardım bölümünə müraciət edən şəxslərin sayı araşdırılıb. Məlum olub ki, Ay tutulması zamanı edilən müraciətlərdə digər zamanlarda edilən müraciətlərin sayı eynidir.

2016-cı ildə ABŞ-da aparılan araşdırmada fərqli ölkələrdə 9-11 yaşlarında 5800 uşaq iştirak edib. Mütəxəssislər bu uşaqların, ay tutulması baş verdiyi gün 5 dəqiqə az yatmasını qeydə alıb. Araşdırma müəllifləri, 5 dəqiqənin böyük müddət olmadığını bildirsələr də, araşdırmanın nəticəsi çox maraqlıdır. Mütəxəssislərə görə, ay və günəş tutulması zamanı insanlar nəsə olacağını düşündükləri və gözlədikləri üçün bu baş verir. Buna görə də insanlarda qeyri-adi inanc yaranıb.

Digər bir araşdırmaya görə isə, ay tutulması zamanı, polisə və xəstəxanaya müraciətlərin sayı artır.

Türkiyəli astroloqlar isə hesab edir ki, tutulmaların sağlamlığa və psixikaya təsiri var. Və bu təsir, tutulmalardan 10 gün öncə ortaya çıxır. Belə ki, tutulmalardan ürək, süd vəzisi, döş qəfəsi, mədə və həzm sistemi daha çox təsirlənir.

Fitoenerji uzmanı Serkan bəyin fikrincə, Günəş, bədənin formasının və keyfiyyətinin, Ay isə sağlamlığının göstəricisidir. Günəş və Ay tutulmalarının təsirinə məruz qalmamaq üçün kişilər və qadınlar müxtəlif vitamin və minerallar qəbul etməlidir.

"Güclü bir ürək üçün A vitamininə ehtiyacımız var. A vitamini çatışmazlığı, ürək problemlərinə səbəb ola bilər. Maqnezium da çox önəmlidir. Xlorofil və maqnezium Günəşlə əlaqəlidir. Potasium isə, Ay ilə əlaqəlidir. Potasium; meyvə və tərəvəzlərin, bitki çaylarının tərkibində var.  Qadınlar daha çox Günəş mineralları, kişilər isə Ay mineralları qəbul etməlidir",- deyə mütəxəssis qeyd edir.

Ay tutulması zamanı qadınlar daha çox mədə-qarın ağrısı, kişilər isə revmatizma problemləri ilə qarşılaşır. Bu ağrılar; qollarda, dizdə və sinədə özünü biruzə edir. Günəş hər iki cins üçün önəmlidir. Qadınlar qarın bölgəsini, kişilər isə diz və sinələrini daha çox günəş şüası ilə qidalandırmalıdır.

Ay tutulması zamanı nə etməli?

  • Tutulmanı izləməyin.
  • Tutulmadan 3 saat əvvəl və sonra heç nə yeməyin.
  • Avtomobil idarə etməyin və ya çox diqqətli olun.
  • Pul xərcləməyin.
  • Meditasiya ilə məşğul olun.
  • Duyğularınız həssas ola biləcəyi üçün aqressiv davranmamağa çalışın.
  • Tutulma günlərində önəmli qərarlar almayın. Çünki bu günlərdə əsəb-sinir sistemi yaxşı çalışmır.

Belə... Ay tutulmasına az qalıb. Sınayın və görün, 10 gün öncədən nə hiss edəcəksiniz. Bizim üçün də maraqlıdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »