Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib
Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Noyabrın 5-də Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Mərasimdə Komitə rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər. Öncə Vətən uğrunda canından keçən qəhrəman övladların - bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın dövlət himni səslənib. Sonra Vətən müharibəsinə həsr olunan videoçarx təqdim edilib.

Mərasimdə giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev tarixi qələbəmizin birinci ildönümü ərəfəsində şəhid ailələri və qazilər ilə görüşün Komitənin kollektivi üçün böyük fəxr olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev

Komitə sədri vurğulayıb ki, Vətənin dar günündə tərəddüd etmədən onun müdafiəsinə atılan və öz doğmalarını iftixarla cəbhəyə yola salan vətəndaşlar qürur mənbəyimizdir və yalnız onların sayəsində Azərbaycan xalqı bir daha tarixin çətin sınağından alnıaçıq, üzüağ çıxdı.

Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən Səfər Mehdiyev bildirib ki, beynəlxalq aləm müharibənin ilk günlərindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyinin şahidi oldu. Ordumuz 28 il düşmən tapdağında qalan torpaqları 44 günə geri qaytardı.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev

Komitə sədri onu da qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən gömrükçülər də istər arxa, istərsə də ön cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıblar. Minlərə gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına yazılıb, onlardan 60 nəfəri döyüşlərdə iştirak edib, bir nəfər gömrük əməkdaşı Ülvi Hacıyev isə şəhidlik zirvəsinə yüksəlib.

“Əlbəttə, qısa zaman kəsiyində əldə olunan qələbə asan başa gəlmədi. 3 minə qədər vətən övladı qəhrəmancasına şəhid oldu. Yüzlərlə əsgər və zabitimiz müxtəlif dərəcəli bədən xəsarətləri aldı, sağlamlığını itirdi”, - deyə Səfər Mehdiyev vurğulayıb ki, Zəfər Gününü, qələbə sevincini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin insanlara borcluyuq.

Bildirilib ki, Bu gün dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərimizin hərtərəfli qayğı ilə əhatə olunması, onların sosial-məişət problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi də bu istiqamətdə 44 nəfər şəhid ailəsi üzvləri və qazilərimizin daimi işlə təmin olunması üçün addımlar atıb.

Səfər Mehdiyev gömrük xidmətinə qəbul olunan həmin şəxslərlə bir arada olmaq, çiyin-çiyinə çalışmağın böyük şərəf olduğunu deyib, onlara uğurlar arzulayıb.

Sonra gömrük orqanlarına işə qəbul olunanlar adından çıxış edən Vətən müharibəsi iştirakçıları - İlqar Əliyev və İqbal Səfərov, Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, dövlətin iqtisadi müstəqilliyinin keşiyində duran gömrük orqanlarında xidmətdən daim qürur duyacaqlarını və bu yolda da öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük xidmətinə qəbul olunan şəhid ailəsi üzvü və qazilərə rütbə və vəsiqələr təqdim edib.

Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Sonda şəhid və qazilərin valideynləri adından çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Onlar şəhid ailələrinə, qazilərə xalqımızın və dövlətimizin qayğısından razı qaldıqlarını ifadə ediblər.

Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »