Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi məhbus siyahılarında olanlara amnistiya şamil olunacaqmı?
Siyasi məhbus siyahılarında olanlara amnistiya şamil olunacaqmı?

Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin parlament bu gün yəni, noyabrın 5 tarixində keçirilən iclasında müzakirəyə çıxarılıb.

Vəkil Adəm Məmmədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu amnistiyanın "siyasi məhbus" siyahılarında olan şəxslərə şamil olunub-olunmayacağı hələ ki məlum deyil.

“Amnistiyanın ilkin layihəsi ilə tanış olmuşam. Bu amnistiya Milli Məclis tərəfindən qəbul edilən ümumi aktdır. Burada əvvəldən bilinmir ki, əfv kimlərə şamil olunacaq, kimlərə isə olunmayacaq. Orada siyasi və ya qeyri-siyasi məsələyə toxunulmur. Amnistiya aktında əvvəlcədən kimlərində adı göstərilmir.

Məsələn, Vətən müharibəsi iştirakçıları, əlilləri, şəhidlərin ailə üzvləri və s. şəxslərə şamil olunacaq. Ola bilər ki, siyasi fəaliyyətə görə həbs olunmuş kimlərinsə göstəriciləri uyğun gələcək və ona şamil olunacaq. Amma olmaya da bilər.

Əfv fərdi qaydada verilən sərəncamdır və orada adlar göstərilir Lakin amnistiya aktında konkret olaraq adlar göstərilmir. Bu iki sərəncamı bir-birindən ayırd etmək lazımdır”.

Leyla Mirzə

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »