Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amnistiya kimlərə şamil olunacaq... - Yenilik
Amnistiya kimlərə şamil olunacaq... - Yenilik
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin parlamentin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılıb.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bizimyol.info-ya açıqlaamsı zamanı bildirib ki, bu amnistiya bir çox xüsusiyyətlərinə görə digər illərdəki amnistiyalardan fərqli olacaq.

Əliməmməd Nuriyev Əliməmməd Nuriyev

“Əvvəlki amnistiyalardan fərqli olaraq, indiki amnistiyanın tətbiqi dairəsi daha genişdir və daha çox şəxsi əhatə edir. Bu amnistiya ilk olaraq, həm cinayət məsuliyyətinə cəlb edilmiş, həm də məhkum olunmuş şəxsləri əhatə edəcək. Əvvəlki amnistiyalarda 9-10 min şəxsə şamil edilirdisə, indiki amnistiya aktının 15 minə qədər şəxsə şamil olunması proqnozlaşdırılıb. Eyni zamanda əvvəl 1700-2000 şəxs azadlıqdan məhrumetmə yerlərindən azad olunurdusa, indi bu rəqəm 3000 minə qədər qaldırılıb.

Bundan əlavə əvvəlki amnistiya aktlarında “döyüş əməliyyatlarında iştirak edən şəxslər”, “terror hadisələri nəticəsində şəhid olmuş şəxslərin yaxınları və əlil olmuş şəxslər” ifadəsi yox idi. İndi isə bu ifadələr daxil edilib.

Çünki İkinci Qarabağ savaşı zamanı və ondan əvvəlki dövrlərdə Azərbaycanda Ermənistanın təxribatları nəticəsində terror aktları baş verib. Sonuncu elə 44 günlük müharibədə Gəncə, Bərdə, Ağdam, Ağcəbədinin vurulması nəticəsində xeyli sayda mülki əhalı şəhid olub və ya xəsarət alıb. Bu hadisələrdə şəhid olmuşların yaxınları, xəsarət almış şəxslərin isə özləri əgər cinayət məsuliyyətinə cəlb edilibsə, onlar bu amnistiya aktının təsir dairəsinə düşürlər.

Başqa bir yenilik isə ondan ibarətdir ki, 3 il müddətinə ehtiyyatsızlıq üzündən cinayət edərək məhkum olunmuş, ağır cinayətlərə görə cəzasının bitməsinə 6 ay qalmış şəxslər bu amnistiyanın təsir dairəsinə düşürlər. Əvvəlki amnistiyalarda isə belə hallar yox idi”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »