Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran 60%-ə qədər zənginləşdirilmiş uranın miqdarını 25 kq-a çatdırıb
İran 60%-ə qədər zənginləşdirilmiş uranın miqdarını 25 kq-a çatdırıb

İranda 60%-ə qədər zənginləşdirilmiş uranın miqdarı 25 kq-a çatıb.

Bizimtol.info xəbər veririr ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəsmi nümayəndəsi Behruz Kamalvəndiyə istinadən TASS məlumat verib.

"Bu günə qədər biz 60%-ə qədər zənginləşdirilmiş 25 kq uran istehsal etmişik. Nüvə silahı olan dövlətlər istisna olmaqla, heç bir ölkənin belə imkanları yoxdur.

Qanunla AEOI-dən 20%-ə qədər zənginləşdirilmiş 120 kq uranın istehsalı tələb olunurdu. Eyni zamanda, bu gün biz artıq 210 kq-dan çox məhsul istehsal etmişik”, - deyə o bildirib.

Sentyabrın 7-də Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rüblük hesabatında İranın 60% zənginləşdirilmiş uran ehtiyatlarının 2,4 kq-dan 10 kq-a yüksəldiyini göstərib. İyunun 15-də İran hökuməti dövlətin 108 kq uranı 20%-ə qədər zənginləşdirdiyini bəyan edib.

İran aprelin 11-də Natanz şəhərindəki nüvə obyektində törədilən təxribata cavab olaraq uranı 60%-ə qədər zənginləşdirməyə başlayıb. Tehran bu hadisənin İsrail tərəfindən törədildiyini iddia edir. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, zənginləşdirmə dinc məqsədlərlə və MAQATE-nin nəzarəti altında həyata keçirilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »