Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IEA: 2030-cu ilədək qlobal qaz tələbatı artacaq
IEA: 2030-cu ilədək qlobal qaz tələbatı artacaq

2030-cu ilədək qaza olan qlobal tələbat artacaq.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorunun müavini Meri Varlik (Mary Warlick) VIII Bakı Qlobal Forumu çərçivəsində "Qlobal iqlim dəyişikliyi ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması: Hər iki məsələni eyni vaxtda necə həll etmək olar" adlı paneldə çıxışında bildirib.

O deyib ki, dünyada 708 mln. əhalinin enerji mənbələrinə çıxışı məhdudur. İqlim dəyişikliyi vəziyyəti daha da çətinləşdirib.

"İstixana qazları 70%-dək azalmalıdır, xüsusilə də, Hindistan kimi ölkələr üçün bu, olduqca vacibdir. Eyni zamanda, dünya enerji bazarında standartlar dəyişilməlidir. İstixana qazlarının emissiyası 2050-dək 40%-dək azaldılmalıdır, bu, Avropa, ABŞ və digər ölkələrdə baş verməlidir. Paris İqlim Sazişinin iqlim dəyişikliyinin hədəflərinə hələ də çatmırıq. Vəziyyət təhlükəlidir, ölkələr bu sahəyə daha çox investisiya yatırmalı, istixana qazının emissiyasını azaltmalıdır", - M. Varlik bildirib.

O həmçinin əlavə edib ki, 2030-cu ilədək qaza olan qlobal tələbat artacaq və bu tələbat xüsusilə inkişafda olan ölkələr tərəfindən olacaq.(apa)

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »