Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İSESCO-nun sabiq baş direktoru: “Ermənistan sivilizasiyaya məxsus mədəni irsi məhv edib”
İSESCO-nun sabiq baş direktoru: “Ermənistan sivilizasiyaya məxsus mədəni irsi məhv edib”

“İşğal vaxtı Qarabağda törədilənlər həm Ermənistan, həm də dünya üçün bir utancdır. Çünki dünya baş verənlərə, törədilənlərə səssiz qaldı. BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Qarabağdan qeyd-şərtsiz çəkilməsi ilə bağlı qətnamələri icra olunmadı”.

Bunu APA-ya VIII Qlobal Bakı Forumunda iştirak edən İSESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri deyib.

O qeyd edib ki, dünya Ermənistanın Azərbaycana məxsus torpaqlarda mədəni irsi, dini və tarixi abidələri, hökumət binalarını, kəndləri və şəhərləri dağıtmasına sadəcə şahidlik edib: “Yüz minlərlə insan öz evindən, doğma torpağından didərgin salındı. Dünyanın bunu izləməsi utancvericidir. Nəhayət bu torpaqlar Allahın köməyi, cəsarətli Azərbaycan Ordusunun gücü və Azərbaycan Prezidentinin və xalqının qətiyyəti ilə işğaldan azad olundu. İndi isə dünya ictimaiyyəti hərəkətə keçməlidir. İSESCO, UNESCO kimi beynəlxalq institutlar və təşkilatlar Azərbaycanın Qarabağdakı quruculuğuna dəstək verməlidir. Çünki azad olunmuş ərazilərdəki mədəni irs, tarixi abidələr yalnız Azərbaycana yox, bəşəriyyətə məxsusdur. Ermənistan sivilizasiyaya məxsus mədəni irsi məhv edib. Bu abidələr UNESCO tərəfindən siyahıya alınmalıdır. Mən İSESCO-nun baş direktoru olarkən də bu məsələni təşviq etmişəm, Ermənistanın törətdiyi vəhşiliklərə son qoyması barədə çağırış etmişəm”.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »