Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı ilə birlikdə həbsdə olan azərbaycanlı: “Onu “sındırmaq” istəyirlər”
Navalnı ilə birlikdə həbsdə olan azərbaycanlı: “Onu “sındırmaq” istəyirlər”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı 10 aya yaxındır həbs həyatı yaşayır. Yanvarın 17-də həyat yoldaşı ilə Almaniyadan qayıdan siyasətçini Şeremetyevo hava limanında saxlamışdılar. Navalnı 2020-ci ilin avqustunda sui-qəsdə məruz qaldığından, Avropa ölkəsində müalicə almışdı.

Bizimyol.info xəbər verir ki, Navalnı Pokrov şəhərindəki islah müəssisəsində sərt nəzarət rejimində saxlanılır. Alternativ media həbsxanada müxalifətçiyə qarşı qeyri-insani davranış barədə dəfələrlə yazıb. Bu dəfə məsələ haqda Navalnı ilə birlikdə həbs yatan azərbaycanlı danışıb. Nəriman Osmanov “Dojd” kanalına müsahibə verib.

Navalnı islah müəssisəsinə gətiriləndə hər məhbusla ayrıca söhbət aparılıb. Hamıya müxalifətçi ilə ünsiyyət qadağan olunub. Beləcə, siyasi təcrid mühiti yaratmağa çalışıblar.

“Təbii ki, biz də onunla birlikdə əziyyət çəkirdik. Düzü, psixoloji cəhətdən hələ də bərpa olunmamışam”, - Nəriman Osmanov danışıb.

Azərbaycanlının dediyinə görə, müxalifət lideri onunla söhbətə cəhd göstəribmiş. Amma Osmanov yalnız müəssisədə “ən təhlükəsiz yer” barədə suala cavab verib.

Navalnı həbsxanada böyük psixoloji işgəncə görür. Navalnı martın 31-dən aprelin 23-nə qədər aclıq edəndə orada nəzarətçilər bilərəkdən kolbasa qızardırmış ki, müxalifətçi qoxuya görə aksiyanı dayandırsın. Onun yanına Yuşenko soyadlı məhbusu da qəsdən yerləşdiriblərmiş. Sonradan həmin şəxsi sanitar hissəyə göndərib, onun vərəmə yoluxduğunu iddia ediblər. Amma Osmanov Navalnıya bütün bunların qurama olduğunu deməyə imkan tapıb.

Müxalifətçinin həbsxana yoldaşı olmuş Yevgeni Burak da “Dojd”a gördüklərini danışıb. Onun sözlərinə görə, islah müəssisəsində Navalnının “qeyri-ənənəvi oriyentasiya”sından bəhs edən film göstəriblər. Bu vaxt siyasətçi müalicə üçün xəstəxanaya göndərilibmiş. Bir nov Navalnını məhbuslar arasında hörmətdən salmağa çalışıblar.

Müxalifət lideri həbsxanaya qayıdanda bir neçə gün bilərəkdən yatmağa mane olublar. Osmanov qonşu kameraya həbsxana ierarxiyasında aşağı kastanı təmsil edən məhbus yerləşdirildiyini deyib. Həmin şəxs müxtəlif səslər çıxarararaq Navalnıyaya yatmağa imkan vermirmiş: “Navalnını “sındırmaq” istəyirdilər”.

Xüsusi öyrədilmiş məhbuslar Navalnının əsəblərini başqa cür də korlamağa çalışırmış. Onlar siyasətçinin arxasınca gəlir, hər sözünü bloknota yazırlar. Sonra bu ifadələr nəzarətçilərə çatdırılır. Onu güc tətbiq etməsi üçün hər cür təxribata çəkirlərmiş. Amma Navalnı bütün bunalara əhəmiyyət verməyib.

Navalnının mübarizə yoldaşlarından olar Mariya Pevçix Nəriman Osmanov barədə yüksək fikirlər yazıb. O, azərbaycanlıya təşəkkür edib. Osmanov həbsxana yoldaşına azadlığa çıxan kimi gördüyü hər şeyi danışacağına söz verib və vədinə əməl edib. Halbuki buna qədər Navalnını tanımırmış.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »