Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cırılmış, çirkə-pasa bulaşmış bayraqlar - Saxta vətənpərvərlik
Cırılmış, çirkə-pasa bulaşmış bayraqlar - Saxta vətənpərvərlik

Uzun illər idi ki, birliyi, vətənpərvərliyi, torpağa olan sevgini sanki unutmuşduq. İkinci Vətən müharibəsi sanki bizi sirkələdi, özümüzə gətirdi, ürəiyimizin ən dərin köşəsində gizlənmiş, pas atmış ülvi hisslərimizi oyatdı.

Müharibə başlayan ilk gündən insanların bir-birinə baxışı dəyişdi. Dərd, qəm, kədər, sosial problemlərdə yüklənmiş, küçədə, yolda, ictimai nəqliyyatda bir-birinə aqressiya göstərən insanlar sanki qəflət yuxusundan ayıldı. İnsanlar o qədər nəzakətli, duyğu dolu idi ki, hər bir qarış torpağın azad deyilməsi xəbərini tanımadığı insanlarla qucaqlaşaraq, təbrikləşərək qeyd edirdi.

Şəhər Azərbaycan və Türkiyənin bayraqlarına bürünmüşdü. Hər kəs evlərin, binaların eyvanlarından, maşınların pəncərələrindən, yollardan, küçələrdən Azərbaycan və Türkiyə bayrağı asır, öz vətənpərvərliyini nümaiş etdirirdi. Bunların hamısı insana çox xoş, əvəzolunmaz hislər yaşadırdı.

Ta ki, üstündən bir neçə ay keçənə qədər…. Havalar soyudu, külək, yağış başladı. Eyvanlardakı, pəncələrdəki bayraqların rəngləri soldu, küləyin təsirindən cırıldı. Bəzi maşınların, avtobusların şüşəsinə yapışdırılmış bayraqların bir hissəsi cırıldı. Bir sözlə qürurla dalğalanan bayraqdan əsər-əlamət qalmadı. Nəticədə heç də xoşa gəlməyən mənzərə yarandı.

Vətənpərvərlik nümayiş etdirib həmin bayraqları asan şəxslər, bu dəfə onları çıxarmaq üçün heç də can atmadı. Dəfələrlə sosial şəbəkələrdə, xəbər saytlarında bu barədə məlumatlar paylaşıldı, bu hala düşmüş bayraqların asılı vəziyyətdə qalmasının təhqir, hörmətsizlik hesab olunduğu bildirildi. Amma nə fayda… Bax onda əsl və saxta vətənpərvərlər üzə çıxdı, ayırd edildi.

Unutmayaq ki, bu bayraq üçün minlərlər can qurban olub. Ona görə də bayraq müqəddəs və ucadır. Onu qorumaq, uta tutmaq isə hər birimizin müqəddəs vəzifəsi, borcudur.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »