Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bal, yoxsa bəhməz: “Bəhməz faydalı hesab edilmir”
Bal, yoxsa bəhməz: “Bəhməz faydalı hesab edilmir”

Xətəliklərdən uzaq durmaq, viruslardan özümüzü qorumaq, immunitetimizi gücləndirmək üçün xüsusilə də qış aylarında bal və bəhməz kimi təbii qidalara üz tuturuq. Düşünürük ki, bu qidalar bədənimizdə xəstəliklərə qarşı xüsusi bir sədd yaradır.

Bəs görək həkimlər nə deyir? Bu iki təbii qidadan daha çoc hansı faydalıdır?

Həkim Nurəngiz Hacıyeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, həqiqi faydalı qida təbii, təbiətdən birbaşa gəlmiş, işləm görməmiş qidalardır.

“Lakin qan yaradır, öskürəyi kəsir deyə daha çox qış aylarında çox yediyiniz bəhməz faydalı hesab edilmir. Bəhməz kimi mürəbbə və kompotun sağlamlığa heç xeyri yoxdur, metabolizmi pozur.

Alimlərin apardığı son tədqiqatlara görə, hətta bəhməzin tərkibində olan hidroksimetilfulfural (HMF) bir çox kanserogen xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Balın isə tərkibində vitamin, mineral, aminoasit, ferment kimi bir cox həyati maddələr var və həzmi asanlaşdırır, iştahı açır, qəbizlik, boğaz ağrıların zamanı kömək olur, qanı, zehni fəaliyyəti artırır. İnkişaf pozgunluğunda bədənin bərpası üçün uşaqların qida rasionundakı rolu da əvəzedilməzdir.

Kimyəvi və biolojik araşdırmalara görə, bal tiamin, riboflavin, askorbin, piridoksin, pantoten, biotin, fol turşusu kimi vitaminlərlə zəngindir və ən əsası balın tərkibində arının ağız suyunda mikroblara qarşı maddə var. Təbii ki, söhbət təmiz baldan gedir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »