Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə dronları ABŞ-ı da narahat etməyə başladı
Türkiyə dronları ABŞ-ı da narahat etməyə başladı

İndiyədək 13 ölkəyə ixrac edilən türk İHA və SİHA-ları ABŞ-da bəzi senatorları narahat edib.

Bizimyol.info xəbər verir ki, Türkiyənin SİHA-ları və 13 ölkəyə ixrac edilən PUA-ları ilə bağlı əsassız ittihamlar səsləndirən ABŞ senatoru Bob Menendez Türkiyəyə qarşı sanksiyalar təklif edib. Belə ki, ABŞ Müdafiə Büdcəsi Layihəsi müzakirələri zamanı sanksiya çağırışı edən senator Bob Menendez bildirib ki, Türkiyənin İHA və SİHA proqramının ABŞ-ın milli təhlükəsizliyinə təsiri araşdırılmalıdır.

“Türk SİHA-larının satışı təhlükəlidir, sabitliyi pozur və sülh, insan hüquqları üçün böyük bir təhdiddir. ABŞ, bu dron və SİHA-lar üçün istifadə edilən hissələri Türkiyəyə satmamalıdır."-deyə bildirib.

Türk mediası bu məsələni geniş müzakirə edib. Həmin müzakirədə Azərbaycandan da söhbət açılıb və qeyd olunub ki, 2010-cu ildə diplomat Mett Brayzanın ABŞ-ın Bakıdakı səfiri olmasına mane olan şəxs məhz Menendes olub.

“Buna səbəb Brayzanın türk əsilli Zeyno Baranla evli olması olub. Azərbaycanda bir türk həyat yoldaşının Ermənistana qarşı daha aktiv münasibət sərgiləyəcəyindən qorxan Menendez türklərə qarşı irqçi münasibətinin ilk işarəsini o zaman vermişdi”,-deyə media yazır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »