Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onsuz keçən 20 il: Unudulmaz Eldəniz Zeynalov...
Onsuz keçən 20 il: Unudulmaz Eldəniz Zeynalov...

Bu gün "Əhməd haradadır?", "Bizim Cəbiş müəllim", "Bağ mövsümü", "Bir cənub şəhərində" və s. filmlərdə rol almış dahi sənətkar, xalq artisti Eldəniz Zeynalovun ölümündən 20 il keçir.

Eldəniz Zeynalov, 1937-ci ildə yanvarın 1-də Bakı şəhərində doğulub. İlk dəfə "Sevil" tamaşasında Gündüz obrazını canlandıran E.Zeynalov, hələ tələbə olarkən "Bir cənub şəhərində" filmində rol alır. Aktyorun sənətə gəlməsində dayısı Həsənağa Salayevin böyük rolu olub. Sonradan bir çox filmlər, proqramlar və tamaşalarda rol alan E.Zeynalov, tamaşaçıların sevimlisinə çevrilir. Səs tonu, danışıq tərzi rolu oynamağı o qədər inandırcı idi ki, aktyorun oynadığı film və tamaşalara baxanda özünü filmdə hiss edirsən.

Aktyor 50-ə yaxın filmə çəkilib. Hamı onu komik aktyor kimi tanıyıb, sevib. O, heç bir zaman toylarda tamadalıq etməyib və sənətinin dəyərini qoruya bilib. Aktyor ömrünün son illərində, ömrünü qurban verdiyi sənət illərinin səfasını sürməyi arzuladığı bir zamanda diqqətdən kənar qaldı. Unudulmaq, xatırlanmamaq hər bir insan üçün, xüsusilə dahi aktyor üçün çox ağır idi. Nə dövlət tərəfindən evlə təmin edilməmişdi, nə də xalq artisti adını ala bilməmişdi. Aktyor, xalq artisti adına ölüm döşəyində olarkən layiq görülür. Artıq gec idi. Xəbəri aldıqda belə sevinmədi. Çünki gec gələn sevinc, dəyərsiz sevincdir. Dünyasını dəyişəndə, övladlarını dostları Mikayıl Mirzə və Telman Adıgözəlova vəsiyyət etmişdi. Aktyor 2001-ci il noyabrın 5-də haqqın rəhmətinə qovuşur.

Eldəniz Zeynalova diqətin olmadığını hamı, bütün tamaşaçıları hiss edirdi. Aktyor da həyatdan bu nisgillə getdi. Eldəniz Zeynalovun oğlu, tanınmış rejissor Elbrus Zeynalov, müsahibələrinin birində atasının rol aldığı "Köhnə ev" tamaşasına baxanda ağladığını dilə gətirib:

"Bir səhnə var idi. O səhnədə Qurban Qurbanoviç rəhmətə gedir. Bu rolu mənim atam oynayırdı. Həmin məqamda atamın doğrudanda vəfat etdiyini düşündüm. Amma o sonra qayıtdı və bildim ki, atam sağdı. Mənə elə gəlirdi ki, mənim atam ölməyəcək"...

Qardaşı Tofiq Zeynalov isə müsahibələrində E.Zeynalovu itirmək təkcə onun itkisi deyil, bütün Azərbaycanın, dostlarının, tamaşaçılarının itkisidir demişdi: "Hamı bir gün həyatdan gedəcək. Amma qardaşsızlıq yaxşı hiss deyil"...

"Nakəs", "Nə haqla?", "Nigarançılıq", "O qızı tapın", "Ömrün səhifələri", "Sehrli çıraq", "Sizi, kiçik toy məclisinə dəvət edirik", "Yaramaz", "Yaşamaq gözəldir, qardaşım!", "Yeddi oğul istərəm..." və adını sadalamadığım onlarla filmdə oynadığı rollarda E.Zeynalov, Azərbaycan tamaşaçısının qəlbini fəth edə bilmişdi.

Belə... Bu gün dahi sənətkar Eldəniz Zeynalovun ölümündən 20 il keçir. Daha uzun illər keçəcək. Ancaq hər kəs onun filmlərinə baxanda "Allah rəhmət eləsin. Necə istedadlarımız var idi." deyib onu xatırlayacaq.

Ruhun şad olsun sənətkar, undulmamısan..

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »