Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kişi var, nakişidir, amma deyir ki, kişi yox" - Baba Pünhanı unutmadıq...
"Kişi var, nakişidir, amma deyir ki, kişi yox" - Baba Pünhanı unutmadıq...

İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Pünhanın günündə, Pünhan da it günündə...

1996-cı ildə Baba Pünhan qəzəlləri, tez bir amanda könülləri fəth edə bilmişdi. Doğru söz, acı olur deyirlər. Baba Pünhanın da dili "acı" idi. Buna görə də, onu sevənlər qədər sevməyənləri də var idi. Amma o, qorxmur və çəkinmirdi. Zamanındakı eybəcərlikləri öz dilində, qəzəlləri ilə insanlara çatdırmağa çalışırdı.

Bu əzəldən belə olub; doğrunun yeri hər zaman az olub ya da dəyəri olmayıb. Bütünü cəmiyyətlərdə belə olub. Ucalmaq üçün yaltaqlanmaq, kiminsə ətəyinin altında yaşamaq lazım olub. Amma yaltaqlanmağı bacarmırdı Baba Pünhan...

Bu gün Baba Pünhanın doğum günüdür. Atabab Mədətzadə - hamının Bab Pünhan adı ilə tanıdığı qəzalxan, 1948-ci ilin noyabrın 5-də Bakının Kürdəxanı kəndində dünyaya gəlmişdi. Baba Pünhanın ilk şeirləri, mexanik işlədiyi Bakı Metropolitenin "Metro" qəzetində işıq üzü görmüşdü.

Baba Pünhan 90-cı illərin satirik-qəzəlxanı idi. Bəli, o dövr çox çətin dövr idi. Elə o dövün çətinliyini, Babanın qəzəllərində hiss etmək olur. O, dövrün çirkinliklərini qəzəlləri ilə dilə gətirib deyirdi.

90-cı illərdə qələmə aldığı "Bakının dərdi var, Bakı xəstədir" qəzəli reallığı əks etdirsə də, tənqidlərlə qarşılanmışdı. "Məğrur görünsə də o can üstədir, Bakının dərdi var, Bakı xəstədir" - misraları Bakının bu gününü əks etdirir. Bəzən düşünürəm ki, Baba Pünhan, bu gün Bakının ölümcül vəziyyətini görüb nə yazardı?!

Baba Pünhanın 1998-ci ilin sentyabrında qələmə aldığı "Kişi qəzəli" də bu günü əks etdirir. Pünhan deyir:

"Kişi var ki, kişidir, amma kişiynən işi yox,

Kişi var, nakişidir, amma deyir ki, kişi yox"

1995-ci ildə Nardaranlı Hacı Mailin "Füzuli məclisinə" dəvət alır. 1998-ci ildə baba Pünhan "Qulp" verilişinə dəvətlə iştirak edir. "Qulp" verilişi, Baba Pünhanın yaradıcılığını insanlara çatdırmaq üçün vasitə olur. Tez bir zamanda qəzəlləri ilə xalqın sevimlisinə çevrilir.

2000-ci ilin noyabrında "Acı həqiqət" və "Yalan çeynəyə-çeynəyə" kitabları, 2002-ci ildə "Mən nə dedim ki", 2004-cü ildə "Kim nə götürdü" adlı kitabları işıq üzü görüb. Qəzəlxanın qəzəlləri Azərbaycanın demək olar ki, tanınmış bütün qəzetlərində çap olunub. Dövrünün tanınmış qəzəlxanı olan Baba Pünhan, 2004-cü ildə dünyasını dəyişib. Məzarı da elə Kürdəxanı qəsəbəsindədir.

Qarabağın düşmən tapdağı altında olması, hər bir Azərbaycan vətəndaşı kimi Baba Pünhanı da narahat edirdi. O bunu qəzəllərində də dönə-dönə qeyd etmişdi:

"Qarışıb bu məmləkətdə, yalanım, düzüm, Əzizim,

Utanır üzüm deməkdən, Qarabağ bizim, Əzizim..."

Vətən torpağında hüzurla uyu şair, utanmağa heç nəyimiz yoxdur, Qarabağ bizimdir!

Allah rəhmət eləsin!

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »