Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda kilsədə qalmaqal, beş rahib saxlanılıb - Video
Gürcüstanda kilsədə qalmaqal, beş rahib saxlanılıb - Video

Gürcüstanda Salxinodakı monastırından xaric edilmiş beş rahib ərazini yalnız polisin müdaxiləsindən sonra tərk edib.

Bizimyol.info xəbər verir ki, bu barədə vətəndaşlar tərəfindən çəkilən görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edilir ki, münaqişə Çkondid yeparxiyasından (Qərbi Gürcüstan) xaric edilmiş vladyka Petranın yerinə yeni metropolit Stepanenin təyin edilməsi ilə başlayıb.

Din xadimlərinin bəziləri yeparxiyanın yeni başçısını tanımaqdan imtina ediblər. Vladyka Stepane sentyabrda bir neçə rahib və din xadimini monastrdan xaric edib.

Sentyabrın sonundan xaric edilmiş rahiblər monastırın ərazisini tərk etməyiblər. Yeni Metropolitenin elçilərini kilsədən qeyri-qanuni olaraq xaric etdiklərini iddia edərək monastıra buraxmayıblar. Belə əsaslandırıblar ki, “rahiblik əhddir” və metropoliten qanunsuz qərar verdi.

Vəziyyəti yumşaltmaq üçün Gürcüstan Patriarxlığı Çkondid yeparxiyasındakı rahiblərə monastırı tərk etməyi tələb edən, son tarix 4 noyabrı göstərən qəti əmr göndərib.  Tiflisdən gələn məktubu Patriarxın katibi Mixail Botkoveli imzalayıb.

"Rahiblər Daniel,  Luka, Mixail,  Pyotr,  Vasili saxlanılaraq polis bölməsinə aparılıb", - Salxino-Tsaçxuru kilsəsinin Facebook səhifəsində yayılan məktubun mətnində deyilir. Eyni mənbəyə görə, rahiblər kilsənin fəaliyyətinə mane olmaq və polisə müqavimət göstərmək ittihamı ilə saxlanılıblar.

Çkondid yeparxiyası ətrafında qalmaqal iki ildir ki, səngimir. Metropolit Stefanın (Kalaidjişvili) sələfi - yepiskop Petre Tsaava 2019-cu ildə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyaya qarşı sərt ifadələrə görə, Müqəddəs Sinod tərəfindən baş keşiş rütbəsindən və Çkondid yeparxiyasının mitropoliti vəzifəsindən məhrum edilib. Çkondididəki bir çox keşiş Tsaavı dəstəkləyir və hələ də yeni metropoliti qəbul etmir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »