Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!
Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir. Abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən Azercell artıq Instagram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə Facebook platformasında da bu funksiyanı işə salıb.

Statistika sübut edir ki, sosial şəbəkələr Azercell müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə Facebook-da Azercell təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. Instagram-da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - Twitter-də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3500-ə yaxındır. Azercell-in nümayəndələri şirkətin rəsmi YouTube kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. Linkedin üzərindən isə bu müddət ərzində 126 Azercell abunəçisinin sorğusu daxil olub.

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

Azercell-in Facebook, Instagram, Twitter, Linkedin və YouTube rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784,678 istifadəçisi var. Xatırladaq ki, məhz Azercell 2012-ci ildə Twitter platformasının, 2013-cü ildə Facebook sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.

Bu səhifələrdən istifadə edən Azercell abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.

Azercell-də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

Twitter: https://twitter.com/Azercell

Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »