Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada qəssab çatışmazlığı yaranıb
Böyük Britaniyada qəssab çatışmazlığı yaranıb

İngiltərədə başlayan qəssab böhranı səbəbiylə İngilis ət istehsalçılarının kəsdikləri heyvan cəmdəklərini hissələrə ayırmaq üçün xaricə aparmağa başladığı bildirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "haberglobal" məlumat yayıb.

Britaniya Ət İstehsalçıları Dərnəyinin (BMPA) verdiyi açıqlamaya görə, qəssab böhranı səbəbiylə İngilis ət istehsalçıları kəsdikləri heyvan cəmdəklərini xırdalamaq üçün xaricə aparmağa başlayıblar. BMPA qiymətləndirməsinə görə, ölkədə 10 min qəssab işlə təmin olunmalıdır, lakin bu insanlar işlə təmin olunmaq üçün 18 aylıq təlim keçməlidirlər.

Sentyabr ayında BMPA Trans.info-ya (Nəqliyyat və Logistika Portalı) bildirdi ki, Böyük Britaniyada işçi qüvvəsi çatışmazlığı ət emalçılarını satışa təqdim edilməzdən əvvəl kəsilmiş heyvan cəmdəklərini xırdalamaq üçün xaricə göndərməyə məcbur edəcək. Hazırda belə bir proses gedir.

Böyük Britaniyanın ticarət sektorunun rəsmiləri hökuməti işçi qüvvəsi çatışmazlığından yaranan ərzaq təchizatı problemlərini həll etmək üçün sammit keçirməyə çağırıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »