"Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda yaxşı mübarizə getdi".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.