Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova BMT Baş Assambleyasının sabiq prezidenti Volkan Bozkırla görüşüb
Sahibə Qafarova BMT Baş Assambleyasının sabiq prezidenti Volkan Bozkırla görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 4-də VIII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının sabiq prezidenti Volkan Bozkırla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən məlumata görə, spiker qonağı salamlayaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlamış “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıb.

Bildirib ki, bu Forum pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biridir. Tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonağın iştirak etməsi də bu tədbirin əhəmiyyətini nümayiş etdirir.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan spiker bildirib ki, iki dost və qardaş dövlətlərimiz arasında münasibətlər bu gün ən yüksək səviyyədədir. Milli Məclisin sədri qeyd edib ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Spiker qonağa Ermənistanla Azərbaycan arasında mövcud olmuş və 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış yeni reallıqlar barədə də məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, münaqişə artıq keçmişdə qalıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb və regionda daimi sülh və əmin-amanlığın təmin olunmasına çalışır.

Sahibə Qafarova qonağın BMT Baş Assambleyasının prezidenti olduğu dövrdə Azərbaycanın bu təşkilatla uğurlu əməkdaşlığının bu gün də davam etməsindən razılığını ifadə edib.

Səmimi qəbul üçün təşəkkürünü bildirən BMT Baş Assambleyasının sabiq prezidenti Volkan Bozkır Azərbaycanın regiondakı aparıcı rolundan məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda yeni reallıqlar yaradıb. Türkiyə də azərbaycanlı qardaşlarına işğaldan azad edilmiş ərazilərin bərpası, bölgənin yenidən dirçəldilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərinə düşən köməkliyi göstərməyə hazırdır.

Sonra görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »