Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib
İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunuldu, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirildi. Vurğulandı ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.

Söhbət zamanı bu Forumun pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biri olduğu məmnunluqla qeyd edildi.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »