Britaniyada dərman tənzimləyicisi "COVID-19"un müalicəsi üçün ilk həbləri təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, dərman "Molnupiravir" adlanır və "Merck" şirkəti tərəfindən istehsal olunur.
"Bu gün ölkəmiz üçün tarixi bir gündür, çünki Böyük Britaniya dünyada "COVID-19" üçün evdə qəbul edilə bilən antiviral dərmanı təsdiqləyən ilk ölkə oldu. Yeni həblər immun sistemi zəifləmiş xəstələr üçün dəyişuk müalicə vasitəsidir. Koronavirus diaqnozu qoyulmuş xəstələr üçün tabletlərin gündə iki dəfə qəbul edilməsi tövsiyə olunur", - deyə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib.
Bu ilin oktyabr ayında istehsalçı "Merck" şirkəti ABŞ Qida və Dərman Administrasiyasına (FDA) və Avropa Dərman Agentliyinə (EMA) "COVID-19"un müalicəsi üçün tabletlərin kütləvi istehsalına icazə verilməsi xahişi ilə müraciət edib.
Bizimyol.info