Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili xalqa müraciət edib: "Mən sadəcə yaşamaq istəyirəm"
Saakaşvili xalqa müraciət edib: "Mən sadəcə yaşamaq istəyirəm"

Həbsxanada cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ona heç bir vəzifə lazım olmadığını, sadəcə azadlıq istədiyini bildirən yeni müraciət yayıb.

Bizimyol.info xəbər verir ki, bunu 12 saylı Rustavi həbsxanasında onunla görüşdən sonra vəkili Giorgi Qelxauri məlumat verib.

Saakaşvili vəkilinin oxuduğu müraciətində deyib: “Mən heç bir vəzifə istəmirəm, yaşamaq istəyirəm, azadlıq, Gürcüstan ətrafında, azad, xoşbəxt insanlar arasında sərbəst hərəkət etmək imkanı istəyirəm”.

Eks-prezidentin sözlərinə görə, hakimiyyətin onun əfvinə ümid etmək olmaz və onu yalnız gürcü xalqı azad edə bilər.

O, həmçinin qeyd edib ki, yerli hakimiyyət orqanlarına seçkilərdə müxalifəti dəstəkləyərək, “gürcü xalqı seçki inqilabı edib”, deyib. Saakaşvilinin sözlərinə görə, müxalifət namizədləri bütün şəhərlərdə hakim “Gürcü arzusu”nun nümayəndələrini məğlub ediblər, hakimiyyət isə “qələbəni oğurlayıb”.

Saakaşvili, həmçinin parlamentdə aclıq aksiyası keçirən deputat, Droa (“Vaxt yetişdi”) partiyasının lideri Elene Xoştariyanı, onunla həmrəylik nümayiş etdirərək aclıq aksiyası keçirən gənc fəalları salamlayıb və təşəkkür edib.

Mixail Saakaşvili 35 gündür aclıq aksiyası keçirir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »